Milli Məclis Ali Baş Komandan İlham Əliyevi təbrik edib

Milli Meclis Ali Bas Komandan Ilham Eliyevi tebrik edib

Milli Məclis 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi təbrik edib.

Zeferinfo.az-ın xəbərinə görə, təbriki parlamentin sədri Sahibə Qafarova səsləndirib.

Sahibə Qafarova deyib ki, Şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində göstərdiyi hünərlər xalqımızın tarixinə qızıl hərflərlə yazılıb: “Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və tarixi ədalətin bərpa edilməsi üçün canından keçmiş şəhidlərimizin fədakarlığı heç zaman unudulmayacaq. Əminliklə söyləmək olar ki, Azərbaycan Silahlı Qüvvələri qarşıdakı illərdə daha da güclənəcək. Silahlı Qüvvələr Günü münasibətilə Ali Baş Komandanı və Ordumuzun əsgər və zabitlərini təbrik edirik”.