Millət vəkili məktəblilərlə görüşəcək

Millet vekili mekteblilerle gorusecek

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan “Məktəbdə...” layihəsinin növbəti görüşü noyabrın 26-da paytaxtdakı 132-134 nömrəli təhsil kompleksində keçiriləcək.

Layihənin budəfəki qonağı millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, Əməkdar jurnalist Elçin Mirzəbəyli olacaq.   

Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, vətənpərvərlik hisslərinin aşılanmasında məktəbin üzərinə düşən vəzifələr, yeniyetmə və gənclərdə Vətən, torpaq sevgisi, ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.