Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər — FOTOLAR
İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf "Honeywell Energy and Sustainability Solutions" şirkətinin prezidenti və baş icraçı direktoru Ken Vest ilə görüşüblər.
Zeferinfo.az xəbər verir ki, Mikayıl Cabbarov bu barədə özünün "X" hesabında bildirib.
"Görüşdə biznes mühitində dayanıqlı fəaliyyətə keçid, bərpaolunan enerji resurslarından istifadə və iqtisadiyyatda innovativ mexanizmlərin tətbiqi sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi apardıq. Şirkətin müasir texnologiyalar sahəsində təcrübəsinin enerji keçidi istiqamətində təşəbbüslər üçün faydalarını qeyd etdik", - deyə iqtisadiyyat naziri paylaşımında qeyd edib.