Məzahir Pənahov: MSK-nın bu il yenidən formalaşdırılması nəzərdə tutulmur

Mezahir Penahov: MSK-nin bu il yeniden formalasdirilmasi nezerde tutulmur

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu il MSK-nın tərkibinin yenidən formalaşdırılacağı barədə iddialara münasibət bildirib.

Zeferinfo.az-ın xəbərinə görə, Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib ki, MSK-nın bu il yenidən formalaşdırılması nəzərdə tutulmur.

Qeyd edək ki, MSK üzvlərinin səlahiyyət müddəti gələn il apreldə başa çatır.