Mətbuat Şurasının yaranmasından 22 il ÖTÜR

Metbuat Surasinin yaranmasindan 22 il OTUR

Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının və Avropa Müstəqil Mətbuat Şuraları Alyansının üzvü olan Mətbuat Şurası həm mövcud platformalarda ölkəmizi təmsil edib, həm də digər müstəvilərdə beynəlxalq əməkdaşlığa üstünlük verərək nüfuz, inam və etimad qazanıb.

Mətbuat Şurasının İdarə Heyətində ölkəmizin tanınmış media və ictimaiyyət nümayəndələri təmsil olunub və olunmaqdadırlar. Onlar bu gün də Şuranın işində aktiv rol oynayır, media peşəkarlığının qorunması istiqamətində yorulmaz fəaliyyət göstərir, milli mətbuatımızın şanlı ənələrinə sadiqlik ruhunu aşılayırlar.

Mətbuat Şurasının yaranmasına və inkişafına, medianın özünütənzimləmə modeli kimi Azərbaycan cəmiyyətində özünə layiqli yer tutmasına, beynəlxalq media cameəsində populyarlaşmasına əmək sərf edənlərin hər birinə Şuranın 22 illiyi münasibəti ilə təbriklərimizi çatdırır, onlara uğurlar və müvəffəqiyyətlər arzulayırıq.

Back To Top