Mətbuat Şurası: "Deutsche Welle"nin ermənipərəst mövqeyi yolverilməzdir - BƏYANAT

Metbuat Surasi: "Deutsche Welle"nin ermeniperest movqeyi yolverilmezdir - BEYANAT

Azərbaycan Mətbuat Şurası Almaniyanın “Döyçe Velle” (Deutsche WelleplatformasındaAzərbaycan və Ermənistan arasındakı münaqişəilə bağlı yayımlanmış sənədli filmi jurnalistika prinsiplərinə zidd hal kimi qiymətləndirirmedia qurumunun anti-Azərbaycan dəst-xəttindən təəssüfləndiyini bildirir.

Məlumdur ki, sənədli film Fransanın erməni lobbisitərəfindən hazırlanıb və tərcümə edilərək olduğu kimi “Döyçe Velle”də yayımlanıb. Orada dinc azərbaycanlıların düşdükləri acınacaqlı durumu əks etdirən video-görüntülər yer alıb. Həmin kadrlardakı şəxslərin Qarabağı tərk etmiş ermənilər olaraq qələmə verilməsindən tutmuş, ekspert qismində yalnız etnik ermənilərin fikir bildirmələrinədək bir çox müxtəlif məqamlar tərəfkeşlik, sivil peşə normalarına həqarətdir.

“Döyçe Velle”nin aşkar ermənipərəst mövqeyi yolverilməzdir. Belə qənaətə gəlmək olar ki, telekanal Avropanın və dünyanın ictimai rəyini yanlış yönləndirmək, Cənubi Qafqazda vəziyyəti gərgin saxlamaq istəyən qüvvələrin lokal maraqlarına xidmət niyyəti güdürMedia qurumunun saxtakarlığı, peşədən sui-istifadətəmayülü özünü Azərbaycan və Ermənistan arasındakı münaqişəli duruma dini don geydirmək cəhdində də göstərir. Bu, məqsədyönlü şəkildə,erməni təbliğatçıların dili ilə dövriyyəyə buraxılmış,olduqca yanlış və təhlükəli yanaşmadır.

Azərbaycan Mətbuat Şurası yaxın keçmişin xoşagəlməz təcrübəsinə əsaslanaraq, bütövlükdə Almaniya və Qərb mediasının Cənubi Qafqazdasabitliyin, asayiş və firavanlığın formalaşmasına maneçilik törətmə ehtimalı böyük olanhərəkətlərdən çəkinməsinin vacibliyini vurğulayırjurnalistika prinsiplərinə sadiqliyi regionun hazırkı həssas durumuna adekvat münasibət göstəricisi hesab edir.

Mətbuat Şura bir daha “Döyçe Velle” telekanalının qeyri-peşəkar fəaliyyət tərzindəntəəssüfləndiyini bildirirBu fəaliyyət qəbuledilməzyanaşmadır və regionda sülh gündəliyinə ciddi zərbədir. Media orqanını Azərbaycan və Ermənistan arasında yeni qarşıdurma yarada biləcək təqdimatlardan uzaq durmağa, əsl həqiqətləri cəfəng baxış və düşüncələrə qurban verməməyəobyektivliyə və qərəzsizliyə söykənməklə öz yayım siyasətində dəyişikliklər aparmağa çağırır.