Məsud Pezeşkian aprelin sonunda Azərbaycana böyük nümayəndə heyəti ilə səfər edəcək

İran Prezidenti Məsud Pezeşkianın səfərinə hazırlıq çərçivəsində böyük nümayəndə heyəti Azərbaycana gələcək.
Zeferinfo.az xəbər verir ki, bu barədə İranın Ticarət Palatasının sədr müavini Hüseyn Pirmüəzzin bildirib.
O bildirib ki, Pezeşkian Azərbaycana səfərə Ərdəbil və ölkənin şimal-qərb əyalətlərindən 110 özəl sektor fəalı, iş adamı, ölkənin 4 ostanının valiləri ilə birlikdə gələcək.
Onun sözlərinə görə, heyətin bir qismi prezidentin səfərindən əvvəl - aprelin 27-də Azərbaycana səfər edəcək.
Qeyd edilib ki, Pezeşkianı səfər zamanı ümumilikdə 110-120 nəfər müşayiət edəcək.