Mərkəzi Bankın nümayəndə heyətinin Koreya Respublikasına işgüzar səfəri başlayıb

Merkezi Bankin numayende heyetinin Koreya Respublikasina isguzar seferi baslayib

Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin Koreya Respublikasına işgüzar səfəri başlayıb.

AMB-dən Zeferinfo.az-a  verilən məlumata görə, səfər çərçivəsində Koreyanın maliyyə nəzarəti qurumları ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Görüşlərdə makroiqtisadi vəziyyət, maliyyə sektorunda tənzimləyici çərçivələrin təkmilləşdirilməsi, texnoloji yeniliklər və digər məsələlərin müzakirəsi planlaşdırılır.

Qeyd edək ki, səfərin məqsədi iki ölkənin maliyyə sektorları arasında əməkdaşlıq və təcrübə mübadiləsinin genişləndirilməsindən ibarətdir.

Back To Top