Mərkəzi Banka daha üç yeni baş direktor təyin edildi

Merkezi Banka daha uc yeni bas direktor teyin edildi

Azərbaycan Mərkəzi Bankına (AMB) daha 3 baş direktor vəzifəsinə təyinat olub.

Zeferinfo.az  bu barədə AMB-yə istinadən xəbər verir.
 
Məlumata görə, yeni baş direktorlar Anar Mansurov, Elrad Seydiyev və Tərlan Rəsulovdur. Bununla da, AMB-nin baş direkltorlarının sayı 9-a çatıb.
 
A.Mansurov indiyə qədər qurumun Maliyyə idarəetməsi departamentinin, E.Seydiyev Maliyyə bazarlarında əməliyyatlar departamentinin, T.Rəsulov isə Valyuta ehtiyatlarının idarə edilməsi departamentinin direktoru olub.