"Məqsədim Qarabağ Universitetini yüksək nəticələrlə bitirməkdir"

"Meqsedim Qarabag Universitetini yuksek neticelerle bitirmekdir"

"Qarabağ Universtetinin açılması məni bir qarabağlı kimi çox sevindirdi. Çünki qarşımda məqsəd qoymuşdum ki,  həmin ali təhsil ocağına daxil olacağam. Şükür arzuma çatdım"

Bu sözləri Zeferinfo.az-a açıqlamasında Füzuli rayonu, Bəxtiyar Əzimov  adına Araz Yağlıvənd kənd tam orta məktəbinin məzunu Rza Ramin deyib. 

Qarabağ Universitetinin ilk tələbələrindən olan sözügedən gəncimiz  də öz təəssüratlarını saytımızla bölüşdü. 

"Uşaqlıqdan dərslərimi oxumaq, yaxşı hazırlaşmaq və daim əlaçı olmaq məni çox həvəsləndirirdi. Ən böyük arzum mühəndis olmaq bu sahədə xalqıma xidmət etmək olub. Qarabağ Universitetinin Elektrik və elektronika mühəndisliyi ixtisasına qəbul oldum. 

İndi məqsədim həmin ali təhsil müəssisəsini yüksək nəticələrlə bitirib, bu universitetin bir parçası olaraq vətənimə xidmət etməkdir", - deyə Rza Ramin vurğulayıb.

Xatırladaq ki, avqustun 22-si ali məktəblərə yerləşdirmənin nəticələri açıqlanıb.

 

Zeferinfo.az