Məleykə Abbaszadə: Bir il ərzində 700 mindən çox insanın imtahanı keçirilib

Meleyke Abbaszade: Bir il erzinde 700 minden cox insanin imtahani kecirilib

Bu il Dövlət İmtahan Mərkəzi vasitəsilə təxminən 700 min nəfər imtahan və qiymətləndirmə prosesindən keçib.

Zeferinfo.az xəbər verir ki, bunu  Dövlət İmtahan Mərkəzinin İdarə heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə. Qurumun cəmi 300-350 nəfərlik heyətlə fəaliyyət göstərdiyini deyən sədr bildirib ki, il ərzində ümumilikdə 323 imtahan təşkil olunub. Bu isə faktiki olaraq ilin çox az günündə imtahan keçirilmədiyini göstərir.

Məleykə Abbaszadə qeyd edib ki, rəqəmlər xüsusilə IT sahəsində daha yüksəkdir. Belə ki, il ərzində vətəndaşlara təxminən 13 milyon elektron xidmət göstərilib, 70 minə yaxın müraciət çət-bot vasitəsilə cavablandırılıb, 7 mindən çox müsahibə keçirilib. Bundan əlavə, müxtəlif təlim və qiymətləndirmə tədbirlərinin sayı da kifayət qədər çox olub.

Sədr vurğulayıb ki, bu qədər genişmiqyaslı işi həyata keçirmək müasir idarəetmə və ictimai iştirak mexanizmləri sayəsində mümkün olub.