Məktəbəqədər təhsil müəssisələri rəhbərlərinin yerdəyişməsi müsabiqəsi başlayır

Mektebeqeder tehsil muessiseleri rehberlerinin yerdeyismesi musabiqesi baslayir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələri müdirlərinin yerdəyişməsi müsabiqəsi başlayır. 

Müsabiqədə ali pedaqoji təhsili olan və hazırda müdir vəzifəsində çalışdığı müəssisədə 3 (üç) ildən az olmayaraq işləyənlər iştirak edə bilərlər. Yerdəyişmə üçün ərizə verən namizədlər təqdim olunan vakant yerlərdən maksimum 3-nü seçə bilər.

Müsabiqədə iştirak etmək istəyən məktəbəqədər təhsil müəssisələri müdirləri aprelin 11-dən 17-dək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.