Məktəbdə...” layihəsinin yeni dərs ilində ilk görüşü

Mektebde...” layihesinin yeni ders ilinde ilk gorusu

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan “Məktəbdə...” layihəsinin yeni dərs ilində ilk görüşü oktyabrın 16-da paytaxtdakı 21 nömrəli tam orta ümumtəhsil məktəbində keçiriləcək.

Layihənin budəfəki qonağı Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli olacaq.   

Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, təhsil islahatlarının cəmiyyətin inkişafına təsirləri, müəllim-şagird münasibətləri, asudə vaxtın düzgün təşkil olunması və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.