Zeferinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Bakı Arbitraj Mərkəzinin açılışına həsr olunmuş beynəlxalq tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ki, onlar ədalətin tərəfdaşlarıdır:
"Hər biri fərqli rol oynayır, lakin hər ikisi eyni mübahisələri ədalətli şəkildə həll etmək və hüquqları effektiv şəkildə qorumaq məqsədinə xidmət edir. Bir deyimdə deyildiyi kimi: “Arbitraj ədalətdən qaçış deyil, eyni məntəqəyə aparan fərqli bir yoldur".
İnam Kərimov vurğulayıb ki, arbitraj mübahisələrin ədalətlə, operativ və razılaşmalara hörmətlə həll olunmasına imkan verir:
“Bu mexanizm investorların etimadını artırır, davamlı inkişafı dəstəkləyir və beynəlxalq əməkdaşlığı təşviq edir”, - deyə o əlavə edib.