Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirildi - FOTO

Mehkeme-Huquq Surasinin novbeti iclasi kecirildi - FOTO

Dekabrın 16-da Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Şuradan Zeferinfo.az-a verilən xəbərə görə, iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov bildirilib ki, hazırda yeni nəsil hakim korpusunun çevik komplektləşdirilməsi məqsədilə hakimliyə namizədlərin seçim prosesləri şəffaf və təkmilləşdirilmiş mərhələlər üzrə davam etməkdədir.

İclasda Hakimlərin Seçki Komitəsinin müraciətinə də baxılıb. Komitənin sədri Vidadi Cəfərov hakim vəzifəsinə namizədlərin seçimi prosesi barədə ətraflı məlumat təqdim edib.

Sonra müsabiqəni uğurla başa vurmuş 45 hakimliyə namizədlə fərdi söhbətlər aparılıb, onlara tövsiyələr verilib və yekunda birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin olunmaları üçün təkliflərin hazırlanması qərara alınıb.

Həmçinin kadr məsələlərinə də baxılaraq müvafiq qərarlar qəbul edilib.

 
Back To Top