Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə qərar verib

Mehkeme Genc Qaziler Birliyinin sedri Haci Veliyev barede qerar verib
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatətə baxılıb. 

Zeferinfo.az-ın məlumatına görə, Xətai rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. 

Qərara əsasən, vəsatət təmin edilməyib.

Qeyd edək ki, o, bu ilin aprel ayında saxlanılıb.

Hacı Vəliyev Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunub.