Məhkəmə Əli Kərimlinin barəsində həbs qərarı verdi

Mehkeme Eli Kerimlinin baresinde hebs qerari verdi

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin barəsində qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılıb.

Zeferinfo.az xəbər verir ki, Səbail Rayon Məhkəməsi Əli Kərimli barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib.

Əli Kərimli Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə) maddəsi ilə şübhəli şəxs qismində tanınıb.

Qeyd edək ki, Əli Kərimlinin ittiham olunduğu maddəyə görə, on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Əli Kərimli Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb olunub.

 

 
Back To Top