Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayılıb

Medeniyyet Nazirliyinin Rusiya ile emekdasligina dair saxta sened yayilib
Son günlər bəzi informasiya resurslarında və sosial media platformalarında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin guya Rusiya Federasiyası ilə mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın təbliği ilə bağlı təşəbbüs irəli sürdüyünə dair saxta sənəd yayılıb.

Mədəniyyət Nazirliyindən Zeferinfo.az-a verilən xəbərə görə, bu saxta sənədin Nazirlik ilə heç bir əlaqəsi yoxdur.

Bildirilib ki, Nazirlik tərəfindən belə bir sənəd hazırlanmayıb və yayılmayıb: “Vətəndaşlardan və media nümayəndələrindən rəsmi məlumatları yalnız Nazirliyin rəsmi internet səhifəsi və sosial media kanallarından əldə etmələri xahiş olunur”.