MDB-nin kəşfiyyat rəhbərləri memorandum imzaladılar

Müstəqil Dövlətlər Birliyinin (MDB) təhlükəsizlik və kəşfiyyat orqanlarının rəhbərləri dövlət maraqlarının qorunması və təhlükəsizliyin xarici təsirlərdən təmin edilməsi üçün əməkdaşlığın genişləndirilməsinin zəruriliyini bir daha təsdiq edən memorandum imzalayıblar.
Zeferinfo.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici Kəşfiyyat Xidmətinin Səmərqənddə keçirilən MDB Kəşfiyyat Xidmətləri rəhbərlərinin 21-ci iclasının yekunları üzrə mətbuat mərkəzindən bildirilib.
Məlumata görə, tədbirdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın təhlükəsizlik və kəşfiyyat orqanlarının rəhbərləri iştirak ediblər. İclasda ötən il ərzində əməkdaşlığın yekunları nəzərdən keçirilib və MDB ölkələrində daxili siyasi sabitliyin pozulmasına yönəlmiş beynəlxalq destruktiv qüvvələrə qarşı mübarizədə kəşfiyyat fəaliyyətinin əlaqələndirilməsinin cari məsələləri müzakirə olunub.