Masallıda şəhidin oğlu silahdan açılan atəş nəticəsində ölüb

Masallı sakini ehtiyatsızlıqdan odlu silahdan açılan atəş nəticəsində ölüb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Masallı rayonunun Qarğalıq kəndində baş verib.
Qeyd edək ki, Ayxan Əzizov Azərbaycan Ordusunun giziri, şəhid Elvin Əzizovun oğludur. Elvin Əzizov Vətən müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub.