Marta Kos və İlham Əliyev Ermənistanla sülh prosesini müzakirə ediblər
Avropa İttifaqının (Aİ) genişlənmə üzrə komissarı Marta Kos Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanla sülh prosesini müzakirə edib.
Zeferinfo.az xəbər verir ki, bu barədə Marta Kos “X” sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, görüş zamanı Avropa İttifaqının Ermənistanla sülh sazişinin icrasına verdiyi dəstək müzakirə olunub.
Tərəflər, həmçinin Avropa ilə Cənubi Qafqaz arasında ticarət əlaqələrinin gücləndirilməsi istiqamətində işlərin sürətləndirilməsi barədə razılığa gəliblər.