Makron Luvr muzeyinin qəzalı vəziyyəti ilə bağlı bəyanat verəcək

Makron Luvr muzeyinin qezali veziyyeti ile bagli beyanat verecek

Fransa prezidenti Emmanuel Makron Luvr muzeyinin qəzalı vəziyyəti ilə bağlı bəyanatla çıxış edəcək.

Zeferinfo.az  yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Yelisey sarayından bildirilib.

"Prezidentlik, Mədəniyyət Nazirliyi və Luvr rəhbərliyi arasında müzakirələr aparılır. Dövlət başçısı yaxın vaxtlarda bu məsələ ilə məşğul olmağı planlaşdırır", - saraydan bildirilib.

Qeyd edək ki, yanvarın 13-də muzeyin direktoru Lorans De Kar Fransanın mədəniyyət naziri Raşida Datiyə məxfi məktub göndərərək, binanın ciddi şəkildə köhnəlməsi səbəbindən Luvrun əsaslı təmirə ehtiyacı olduğunu bildirib.