Mahinur Özdemir Göktaş: Ailə institutunun qorunub gələcək nəsillərə ötürülməsi vacibdir

Mahinur Ozdemir Goktas: Aile institutunun qorunub gelecek nesillere oturulmesi vacibdir
Ailə institutunun qorunub gələcək nəsillərə ötürülməsi vacibdir.

Zeferinfo.az xəbər verir ki, bunu Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş iyunun 11-də Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası çərçivəsində keçirilən "Güclü ailələr, güclü toplumlar: TDT ölkələri də ailəni dəstəkləkləyici siyasətlər" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, boşanmaların artması, nikahların azalması bütün ölkələrin ortaq problemidir:

"Bu gün ailə instutu dünyadakı hadisələr səbəbindən zərər görür. Sosial media da bu prosesi sürətləndirir. Bütün bunlar da gələcəyə təsir göstərir. Bu baxımdan, ortaq dəyərlər üçün çalışmaq zəruridir. Bununla da övladlarımızın gələcəyini qoruya, cəmiyyəti gücləndirə bilərik".