Macarıstanın Baş Qərargah rəisi Azərbaycanın hərbi müəssisələrində olub - VİDEO

Zeferinfo.az xəbər verir ki, bu barədə MN-dən bildirilib.
Sonra Kibertəhlükəsizlik Mərkəzinə gələn nümayəndələr Azərbaycan Ordusunun silahlanmasına daxil olan müasir silah sistemi və informasiya texnologiyaları vasitələrinin kibertəhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən fəaliyyətlər, eləcə də Mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olub. Nümayəndə heyətinə müasir kibertəhdidlərə qarşı süni intellekt əsaslı kibermüdafiə vasitələri barədə ətraflı məlumat verilib.
Daha sonra hər iki ölkənin Baş Qərargah rəisləri komando hərbi hissələrindən birini ziyarət edərək hərbi hissədə yaradılan şəraitlə tanış olublar.
Hərbi qulluqçuların dağ komando qülləsində və kəşfiyyat cığırında fəaliyyətləri izlənildikdən sonra Azərbaycan Ordusunun istifadəsində olan silah-sursat, təchizat və döyüş texnikasından ibarət sərgi nümayiş olunub, onların taktiki-texniki xüsusiyyətləri, düzgün istifadə qaydaları ilə bağlı məlumat verilib.



