Londonda Azərbaycan-Britaniya Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

Londonda Azerbaycan-Britaniya Hokumetlerarasi Komissiyanin iclasi kecirilecek
Aprelin 30-da Böyük Britaniyanın London şəhərində Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək. Tədbirdə energetika naziri Pərviz Şahbazov və onun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.

Zeferinfo.az  xəbər verir ki, iclasda enerji keçidi, iqtisadiyyatın modernləşdirilməsi/diversifikasiyası, infrastrukturun inkişafı, tənzimləmə və biznes mühiti istiqamətləri üzrə 20-dən çox sahədə əməkdaşlığa dair müzakirələrin aparılması və iclasın yekun protokolunun imzalanması nəzərdə tutulur.

Qeyd edək ki, Komissiyanın həmsədrləri Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Birləşmiş Krallığın biznes və ticarət üzrə dövlət katibinin müavini, xidmətlər, kiçik biznes və ixrac naziri Qaret Tomasdır.