Bu gün “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları ” ictimai birliyinin idarə heyətinin sədri Bəhruz Məmmədzadə Lin Aydınla yenidən görüşüb.
Bəhruz Məmmədzadə göstərdiyi xidmətlərə görə Lin Aydını “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları ” ictimai birliyi adından təltif edib. Qeyd edək ki, Lin Aydın Kəlbəcər, Goranboy və Laçında xidmət edib.
Lin Aydın antiterror əməliyyatları zamanı Qubadlıda olub.
Qeyd edək ki, Lin Aydın qardaşı hal-hazırda Qarabağ zonasında N saylı hərbi hissədə xidmət edir.