Lənkəranda yanğın törədən şəxs məsuliyyətə cəlb edilib

Lenkeranda yangin toreden sexs mesuliyyete celb edilib
Lənkəran rayonunun Haftoni qəsəbəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Zeferinfo.az-a bildirilib ki, araşdırmalarla yanğının 1987-ci il təvəllüdlü Nazim Babayev tərəfindən törədildiyi məlum olub.

Hadisə nəticəsində 2 hektar ərazidə quru ot və kol-kos yanıb.

N.Babayev barəsində protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə göndərilib.