Lənkəranda avtomobildən külli miqdarda narkotik aşkarlandı

Lenkeranda avtomobilden kulli miqdarda narkotik askarlandi
Lənkəran rayonunda qaydanı pozan sürücünün avtomobildən külli miqdarda narkotik tərkibli həb aşkar olunub.

Zeferinfo.az  xəbər verir ki, yol hərəkəti qaydasını pozduğu üçün polis əməkdaşları tərəfindən "Mercedes" markalı avtomobilin sürücüsü saxlanılıb.

Sürücü, əvvəllər məhkum olunmuş 48 yaşlı Ceyhun Ağayevin narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib.

Nəqliyyat vasitəsinə baxış zamanı isə avtomobildən əlavə olaraq 1000 ədəd psixotrop tərkibli metadon həbi, narkotik vasitə tiryək və marixuana aşkarlanıb. Araşdırma zamanı C.Ağayevin əldə etdiyi narkotiklərin satışını təşkil etmək üçün Lənkəran şəhərinə gətirdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, C.Ağayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Back To Top