Lənkəranda 36 yaşlı qadının meyiti tapıldı

Lənkəranda evdən qadın meyiti tapılıb.
Zeferinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ləj kəndində baş verib.
Kənd sakini 1989-cu il təvəllüdlü Nigar Heydərovanın meyiti yaşadığı ünvanda aşkarlanıb.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Ekspertizanın verəcəyi rəydən sonra ölümün dəqiq səbəbləri məlum olacaq.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.