Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində yeni təyinat
Rəşad Fərəczadə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində tədris və təlim işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.
Zeferinfo.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.
Qeyd edək ki, Rəşad Fərəczadə Lənkəran şəhərində anadan olub. Ali təhsilini Lənkəran Dövlət Universitetində alıb. Universitetin İqtisadiyyat və idarəetmə fakültəsində bakalavriat səviyyəsi üzrə Mühasibat uçotu və audit, magistratura səviyyəsi üzrə isə Maliyyə menecmenti ixtisaslaşmasını fərqlənmə diplomu ilə bitirib.
2016–2026-cı illərdə Lənkəran Dövlət Universitetində müxtəlif vəzifələrdə — mütəxəssis, bölmə rəhbəri və şöbə müdiri kimi fəaliyyət göstərib. Bu dövrdə tədris prosesinin təşkili, idarə olunması və təhsilin keyfiyyətinin artırılması istiqamətində mühüm işlər həyata keçirib. Eyni zamanda universitetin Tədrisin təşkili və təlim texnologiyalarının mərkəzində çalışıb.
Bununla yanaşı, Lənkəran Dövlət Universitetinin Maliyyə idarəetməsi və audit kafedrasında müəllim vəzifəsində pedaqoji fəaliyyət göstərib. Elmi fəaliyyəti çərçivəsində bir sıra məqalə və tezislərin müəllifidir.