Lavrov Kremldə Putin-Tokayev görüşündə nümayəndə heyətində yer almayıb

Lavrov Kremlde Putin-Tokayev gorusunde numayende heyetinde yer almayib
Rusiya Prezidenti Vladimir Putinlə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında görüş başlayıb.

Zeferinfo.az  xəbər verir ki, Putin Tokayevi Kreml sarayının Georgyevsk zalında qarşılayıb.

Zalda Rusiya və Qazaxıstan nümayəndə heyətləri yer alıb.

Rusiya KİV-i xarici işlər naziri Sergey Lavrovun Kremldə Rusiya nümayəndə heyəti arasında olmadığını, onun yerini müavini Mixail Qaluzinin tutduğunu yazıb.

Qeyd edək ki, Tokayev Rusiyaya dövlət səfəri edib. O, dünən Putinlə Kremldə təkbətək görüş keçirib.