Lavrov Karlsonun "səhv"ini belə düzəltdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov müsahibə verərkən ABŞ-ın hazırkı prezidenti Co Baydenin vəzifəsi ilə bağlı yanlışlığa yol vermiş amerikalı jurnalist Taker Karlsonun səhvini düzəldib.
Zeferinfo.az bu barədə "Lenta.ru"ya istinadən xəbər verir.
“Siz dediniz ki, 2016-cı ilin dekabrında, Bayden administrasiyasının son günlərində o, ABŞ və Rusiya arasında münasibətləri daha da mürəkkəbləşdirib”, - teleaparıcı bildirib.
Öz növbəsində Lavrov xatırladıb ki, 2016-cı ildə Bayden vitse-prezident vəzifəsində çalışıb, prezident isə demokrat Barak Obama olub.
"Bəli. Üzr istəyirəm.”, - deyə Karlson irada cavab verib.