Qeyd edək ki, “Laçın” kolleksiyası “AzerGold” QSC-nin təşəbbüsü ilə istehsal edilən sayca 13-cü kolleksiyadır. Yeni məhsullar ölkəmizdə hasil edilən qızıl və gümüşdən 5,10,20 qram çəkilərdə hazırlanıb. İstehlakçılar kolleksiyanı “AzerGold” QSC-nin Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən Satış və Mübadilə Mərkəzindən, eləcə də şirkətin onlayn satış platforması www.azergold.gift -dən sifariş edərək əldə edə bilərlər.
Azərbaycan qızılı və gümüşündən müxtəlif dizaynlarda sikkələr, eləcə də qızıl külçələr ilk dəfə 2018-ci ildə istehsal edilərək, 2019-cu ildən yerli pərakəndə satış bazarına təqdim olunub. Məqsəd ölkəmizin qiymətli metallar bazarının inkişafına təkan vermək və pərakəndə satışı stimullaşdırmaqdır. Qızıl sikkə kolleksiyaları ölkəmizin, onun tarixi, incəsənəti, mədəni irsinin və digər dəyərlərinin təbliğinə xidmət edən unikal hədiyyə seçimi, həm də istənilən zaman milli valyuta ilə mübadilə edilə bilən sərfəli investisiya alətidir.