Külli miqdarda mənimsəmədə təqsirləndirilən sahibkara hökm oxunub

Külli miqdarda mənimsəmədə, dələduzluqda təqsirləndirilən Fəqani Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Zeferinfo.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Fəqani Rəhimova 3 il sınaq müddəti təyin olunmaqla 5 il şərti cəza verilib.
Qeyd edək ki, iş adamı Fəqani Rəhimov külli miqdarda mənimsəmədə və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırmaqda ittiham olunur. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 193-1.3.2 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.