KTMT-nin Baş katibi dəyişir

KTMT-nin Bas katibi deyisir
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi dəyişir.

Zeferinfo.az xəbər verir ki, bu gün KTMT-nin Bişkekdə keçirilən sammitində qəbul edilən qərara görə, Qırğızıstan təmsilçisi Taalatbek Masadıkov yanvarın 1-dən təşkilatın Baş katibi vəzifəsini tutacaq.

Qeyd edək ki, bundan əvvəl KTMT-nin Baş katibi Qazaxıstan nümayəndəsi İmanqali Tasmaqambetov tutub.