Kreml Qələbə Paradında iştirak edəcək qonaqların siyahısını açıqlayacaq

Kreml Qelebe Paradinda istirak edecek qonaqlarin siyahisini aciqlayacaq

Kreml bu gün Moskvada keçiriləcək Qələbə Paradında iştirak edəcək xarici qonaqların siyahısını açıqlayacaq.

Zeferinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, müvafiq brifinqi Rusiya prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov keçirəcək.

Qeyd edək ki, Qələbə Paradı mayın 9-da Qırmızı Meydanda keçiriləcək. Tədbirdə xarici qonaqlarla yanaşı xarici dövlətlərin hərbi kontingentləri də iştirak edəcək.