“Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbiri keçirilib

“Konstitusiya ve Suverenlik Ili” cercivesinde tedbiri kecirilib

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar  25 noyabr 2025-ci il tarixində Bakı Biznes Universitetinin Humanitar elmlər kafedrası və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində yekun hesabat tədbiri keçirilib.
Bakı Biznes Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri, professor Nigar Axundova qonaqları salamlayaraq giriş nitqi söyləyib. Daha sonra BBU-nin Elmi işlər üzrə prorektor, h.ü.f.d. Məleykə Abbasova, Humanitar Elmlər kafedrasının müdiri sos.ü.f.d., dos., Məhsəti Cəfərova çıxış edib.
Tədbirdə AMEA Folklor İnstitutu Qərbi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi, şəhid mayor Vüsal Vəliyevin qardaşı, fil.ü.f.d., dos., Əpoş Vəliyev “Konstitusiya və Suverenlik İli: 44 Günlük Zəfərlə Güclənən Dövlətçilik”, BBU-nun Humanitar Elmlər kafedrasının müəllimi h.ü.f.d., dos., Şəlalə Həsənova “Konstitusiya Dövlətin əsas ali qanunudur”, AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Azərbaycan Respublikasının tarixi şöbəsinin müdiri, t.ü.f.d., Günel Musayeva “Azərbaycan Konstitusionalizmi: Tarix, Təcrübə, Mərhələlər”, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Azərsun Holdinq şirkətlər qrupunun hüquqşünası, Dokuz Eylül Universitetinin hüquq üzrə doktorantı Rukiyyə Tağısoy “Dövlət Suverenliyi və Konstitusiyanın əsas prinsipləri”, BBU-nun Humanitar Elmlər kafedrasının müəllimi fil.ü.f.d. Reyhan Dadaşova “Azərbaycan dili milli sərvətimizdir” mövzusunda tələbələr qarşısında çıxış ediblər. 
Tədbirin sonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Bakı Biznes Universitetinin tələbələri arasında keçirilmiş məqalə müsabiqəsinin qalibləri təltif olunub.