Kondisionerlərə dair yeni texniki reqlament layihələri hazırlanıb
Azərbaycanda "Kondisionerlərin enerji etiketlənməsinə dair texniki reqlament" və "Kondisionerlər və sərinkeşlərə ekodizayn tələblərinə dair texniki reqlament" layihəsi hazırlanıb.
Zeferinfo.az xəbər verir ki, sənəd Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşəbbüsü ilə ərsəyə gətirilib.
Məlumata görə, ictimai müzakirə bitdikdən sonra layihələr təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim ediləcək.