“Komissiya faciə ilə bağlı ictimaiyyətə məlumat verəcək”

“Komissiya facie ile bagli ictimaiyyete melumat verecek”

Dövlət komissiyası baş vermiş faciəli hadisəni hərtərəfli araşdırıb, qəzanın səbəblərini dəqiq müəyyənləşdirib və ictimaiyyətə məlumat verəcək. 

Zeferinfo.az xəbər verir ki, bunu spiker Sahibə Qafarova Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

“Bildiyiniz kimi, dekabrın 25-də Azərbaycan Hava Yollar Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəli şəkildə qəzaya uğrayıb. Nəticədə çoxsaylı insan tələfatı və xəsarət alanlar var. Prezident İlham Əliyevin sərəncamı ilə dünən ölkədə matəm elan edilmişdi. Dövlət başçısının sərəncamı ilə qəzanın səbələrini araşdırmaq üçün dövlət komissiyası yaradılıb. Komissiya baş vermiş faciəli hadisəni hər tərəfli araşdırıb, qəzanın səbəblərini dəqiq müəyyənləşdirib və ictimaiyyətə məlumat verəcək. 

Qəzada həyatını itirənlərə allahdan rəhmət diləyir, onların ailələrinə və yaxınlarına baş sağlığı veririk. Yaralıların tezliklə sağalmalarını arzu edirik”.