Kolleclərə qəbul olunanların qeydiyyat tarixi məlum olub

Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesinə sentyabrın 9-u saat 11:00-da start veriləcək.
Zeferinfo.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Belə ki, namizədlər portal.edu.az platformasında "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçməklə müraciət edə bilərlər.
Elektron sistem üzrə qeydiyyat 17 sentyabr saat 18:00-da yekunlaşacaq.