Köçəryan: "Sarkisyan məni aldatdı!"

Koceryan: "Sarkisyan meni aldatdi!"
“2018-ci ilin aprelində mən üçüncü prezidentə (Serj sarkisyan-red.) hələ baş nazir olmayanda zəng etdim, amma onun hökumət başçısı olacağı artıq bəlli idi. Zəng etdim ona görə ki, müxtəlif insanlar, ortaq dostlarımız mənimlə əlaqə saxlayıb deyirdilər: sən nə fikirləşirsən, hər şey nəzarətdən çıxır”.

Zeferinfo.az xəbər verir ki, bi fikirləri Ermənistan Respublikasının ikinci prezidenti Robert Köçəryan yerli KİV-lərə müsahibəsində bildirib.

"Zəng edib soruşdum ki, vəziyyəti necə qiymətləndirirsən? Çox sakit cavab verdi: problem yoxdur, hər şey nəzarətdədir. Bu məni təəccübləndirdi və soruşdum: əminsənmi? Sualı bir-iki dəfə təkrar etdim. Amma o, çox sakit cavab verdi: hər şey nəzarətdədir.

Bir neçə gündən sonra beş-altı gün keçmişdi – o istefa verdi. Mənə sakitcə deyiləndə ki, hər şey nəzarətdədir, hər şey yaxşıdır, nə etməliydim?”, - deyə Köçəryan Sarkisyanın istefası barədə danışarkən aldadıldığını bildirib.

Ounun sözlərinə görə, həmin vaxtadək kifayət qədər uzun müddət idi ki, Sarkisyanla ünsiyyət qurmamışdı: “Amma o vaxtkı vəziyyəti nəzərə alaraq qərara gəldim ki, hər halda zəng edim.

İndi düşünürəm ki, vəziyyətə yanlış qiymət verilib. Mən daha heç nə deməyəcəyəm, amma danışmağa başlasam, daha çox söyləyəcəm", - Köçəryan Sarkkisyandan incikliyini açıq şəkildə biruzə verib.
Xatırladaq ki, Serj Sarkisyanın 2018-ci ilin aprelində Ermənistan baş naziri vəzifəsindən istefa verib.
O vaxtdan hakimiyyət Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasına keçib.