Kobaxidze yenə baş nazir oldu - Gürcüstan hökuməti təsdiqləndi - SİYAHI

Kobaxidze yene bas nazir oldu - Gurcustan hokumeti tesdiqlendi - SIYAHI

11-ci çağırış Gürcüstan parlamenti İrakli Kobaxidzenin rəhbərlik etdiyi yenilənmiş hökumətə və 2025-2028-ci illər üçün “Avropa üçün yalnız sülh, ləyaqət və firavanlıq” adlı hökumət proqramına etimad göstərib.

Zeferinfo.az xəbər verir ki, hökumət proqramına əsasən, Gürcüstanın iki ən mühüm milli məqsədi var: ölkənin ərazi bütövlüyünü dinc yolla bərpa etmək və yoxsulluğu tamamilə aradan qaldırmaq.

Proqrama dövlət siyasətinin dörd əsas istiqaməti daxildir: demokratik inkişaf; iqtisadi inkişaf; sosial siyasət və insan kapitalının inkişafı; xarici siyasət və müdafiə.

Hökumətin xarici siyasət və müdafiəyə baxışı dinc vasitələrlə ərazi bütövlüyünün bərpasına və suverenliyin möhkəmləndirilməsinə, regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsinə, Gürcüstanın Avropa və Avro-Atlantik strukturlara inteqrasiyasına və beynəlxalq tərəfdaşlarla əlaqələrin dərinləşdirilməsinə yönəlib.

Gürcüstanın baş naziri vəzifəsinə namizəd İrakli Kobaxidzenin təklif etdiyi hökumət tərkibinə 2025-2028-ci illər üçün hökumət proqramı ilə etimad göstərilməsi məsələsi üzrə səsvermə o, parlamentin plenar iclasında hökumətin planları barədə deputatlara məlumat verdikdən sonra keçirilib.

Gürcüstanın yenilənmiş hökuməti:

İrakli Kobaxidze – baş nazir;

Maka Boçorişvili – xarici işlər naziri;

Anri Oxanaşvili – ədliyyə naziri;

David Sonqulaşvili – ətraf mühit və kənd təsərrüfatı naziri;
Levan Davitaşvili – iqtisadiyyat və davamlı inkişaf naziri;

Tinatin Ruxadze – mədəniyyət və idman naziri;

İrakli Çikovani - müdafiə naziri;

Laşa Xutişvili – maliyyə naziri;

İrakli Karseladze – regional inkişaf və infrastruktur naziri;

Vaxtanq Qomelauri – daxili işlər naziri;

Aleksandr Tsuladze – təhsil, elm və gənclərlə iş naziri;

Mixail Sarjveladze – işğal olunmuş ərazilərdən məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri;

Teya Axvlediani - barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri.