Kobaxidze BBC-ni cəfəngiyyat yaymaqda ittiham edib
Zeferinfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Gürcüstanın Daxili İşlər Nazirliyi telekanalın yaydığı yalanlar barədə ətraflı məlumat açıqlayacaq.
“Təəssüf ki, BBC tərəfindən tamamilə yalan məlumat yayılıb. BBC Gürcüstandakı feyk televiziya kanalları ilə eyni standartlara əsaslana bilməz”, - Kobaxidze əlavə edib.
Qeyd edək ki, BBC-nin süjetində ötən il Tbilisidə keçirilən aksiyaların dağıdılmasında Birinci Dünya müharibəsi zamanına aid zəhərli kimyəvi maddələrdən istifadə olunduğu iddia edilib. Hakim “Gürcü Arzusu” partiyası telekanalı böhtana görə beynəlxalq məhkəməyə verib, Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti materialda yer alan məlumatlar üzrə istintaqa başlayıb.