Kliniki Tibbi Mərkəz: Ötən ay 27 nəfər sirkə turşusundan zəhərlənib

Kliniki Tibbi Merkez: Oten ay 27 nefer sirke tursusundan zeherlenib

İyun ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 99 nəfər qəbul edilib. Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən Zeferinfo.az-a  verilən məlumata görə, xəstələrdən 37 nəfər dərmandan, 27-si sirkə turşusundan, 1-i yandırıcı məhluldan, 2-si spirtli içkidən, 5-i fosfor üzvi birləşmələrdən zəhərlənib. Həmçinin, 17 nəfər ilan sancması, 7 nəfər allergik reaksiya, 2 nəfər botulizm,1 nəfər həşərat dişləməsi səbəbindən şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (1 nəfər qadın cinsli, 2 nəfər kişi cinsli) dünyasını dəyişib.

Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydə alınıb.