KİV: Türkiyə növbəti altı ay ərzində Ermənistanla quru sərhədini aça bilər

KIV: Turkiye novbeti alti ay erzinde Ermenistanla quru serhedini aca biler
Türkiyə növbəti altı ay ərzində Ermənistanla quru sərhədini açmağı nəzərdən keçirir.

Zeferinfo.az xəbər verir ki, bu barədə “Bloomberg“ adı çəkilməyən məlumatlı mənbəyə istinadən məlumat yayıb.

Ermənistan və Türkiyə Xarici İşlər nazirlikləri “Bloomberg“in məsələ ilə bağlı sorğusuna cavab verməyiblər.

Anonim mənbənin məlumatına görə, Ermənistanın Azərbaycanla diplomatik münasibətlərdə əldə etdiyi irəliləyiş və Türkiyə ilə quru sərhədlərinin açılması Baş nazir Nikola Paşinyana gələn ilin iyun ayında keçiriləcək parlament seçkilərində kömək edə bilər.