KİV: Ermənistan Parlamentinin spikeri Rusiyaya rəsmi səfərə gedəcək

KIV: Ermenistan Parlamentinin spikeri Rusiyaya resmi sefere gedecek
 
Ermənistan Parlamentinin spikeri Alen Simonyan Rusiya Federasiyasına rəsmi səfər edəcək.

Zeferinfo.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Alen Simonyan parlamentdə keçirilən brifinqdə bildirib.

"Tarix müəyyənləşməyib, amma Valentina Matvienkodan (Dumanın spikeri - red.) cavab səfərinə dəvət var”, - o bildirib.

Məlumata görə, səfər zamanı iki ölkə arasında parlamentlərarası əməkdaşlığın gücləndirilməsi və mövcud siyasi-iqtisadi məsələlərin müzakirəsi gözlənilir.