KİV: ABŞ nümayəndə heyəti “Tramp marşrutu”nun müzakirəsi üçün gələn həftə İrəvana gedəcək

ABŞ-dan nümayəndə heyəti Ermənistanın Sünik bölgəsindən keçəcək “Tramp marşrutu” layihəsinin həyata keçirilməsi ilə bağlı müzakirələr aparmaq üçün İrəvana gedəcək.
Zeferinfo.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.
Məlumata görə, amerikalıların səfəri gələn həftəyə planlaşdırılıb. Onlar erməni tərəfi ilə yalnız marşrutun texniki və siyasi detalları deyil, həm də investisiya həcmləri, prioritet istiqamətlər və tikinti işlərinin başlanma müddətlərini müzakirə edəcəklər.
Görüşlərin qapalı rejimdə keçirilməsi nəzərdə tutulur.