Görüş zamanı KKTC və Azərbaycan Respublikası arasında təhsil, staj proqramları və digər sahələrdə əməkdaşlıq potensialı və imkanları müzakirə olunmuşdur. Nazir mərkəzin fəaliyyətindən məmnun qalmış və gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Mərkəzin rəhbəri Ruslan Quliyev Küzey Kıbrıs Türk Cümhüriyyətinin təhsil naziri Nazim Çavuşoğluna müəllifi olduğu və ali məktəblər üçün dərs vəsaiti kimi nəzərdə tutulmuş “AZƏRBAYCAN RESPUBLİKASININ SAĞLAMLIQ-MÜALİCƏ TURİZM MÜƏSSİSƏLƏRİNİN İDARƏ EDİLMƏSİ MƏSƏLƏLƏRİ: REALLIQLAR VƏ PERSPEKTİVLƏR” adlı kitabını təqdim edib .
Sonda nazir Kıbrıs Türk Evinin Xatirə dəftərinə öz təklif və arzularını yazıb.