Kəmaləddin Heydərov Qətər XİN rəhbəri ilə görüşdü

Kemaleddin Heyderov Qeter XIN rehberi ile gorusdu
Bu gün Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Təni bu ölkədə səfərdə olan Azərbaycan fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovla görüşüb.

Zeferinfo.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə iki ölkə arasında əməkdaşlıq münasibətləri və onların dəstəklənməsi, eləcə də genişləndirilməsi yolları müzakirə olunub.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Back To Top