Kəlbəcərdə Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi ilə vida mərasimi keçirilib

Kelbecerde Birinci Qarabag muharibesinin uc itkin sehidi ile vida merasimi kecirilib
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Yusif İsmayıl oğlu Əzizov, Mehman Camal oğlu Musayev və Qafar Qəmbər oğlu Qarayevin meyitlərinin qalıqları Kəlbəcər rayonuna gətirilib.

Zeferinfo.az-ın məlumatına görə, Kəlbəcər şəhərində şəhidlərlə vida mərasimi keçirilib.

Qeyd edək ki, Yusif İsmayıl oğlu Əzizov 1948-ci ildə, Mehman Camal oğlu Musayev 1964-cü ildə, Qafar Qəmbər oğlu Qarayev isə 1939-cu ildə Kəlbəcər rayonunun Taxtabaşı kəndində anadan olublar.

Onlar 1993-cü il martın 27-də rayonun Çıraqlı kəndi istiqamətində itkin düşüblər.

Şəhidlər Kəlbəcər şəhər qəbiristanlığında dəfn ediləcəklər